Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə şəhid ailələrinə ərzaq yardımı edilib

10 may 2024 | 12:31

Mayın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Vətən müharibəsində şəhid olmuş daşkəsənli döyüşçülərin ailələri ziyarət olunub, onlara ərzaq bağlaması verilib.

Görüşlərdə bildirilib ki, Ümummilli  Liderimiz  Heydər  Əliyev  tərəfindən  Vətən  uğrunda  şəhid   olmuş  oğulların  ailə  üzvlərinə  daim dövlət səviyyəsində qayğı  göstərilmiş,  onlara qanunla  bir çox  imtiyazlar  verilmiş, sosial-iqtisadi mənafelərinin, maddi  vəziyyətlərinin  yaxşılaşdırılması  üçün  fundamental sosial ənənənin bünövrəsi qoyulmuşdur. Ümummilli Liderin bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı ilə Daşkəsən rayonunda da şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri dövlətimizin hərtərəfli  qayğısı ilə  əhatə olunur.

Ulu Öndər Heydər Əliyev irsinə sarsılmaz sədaqət, Prezident cənab İlham Əliyevin fəaliyyətinə birmənalı dəstək nümayiş etdirən daşkəsənli şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər