Daşkəsəndə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Azərbaycan naminə” filmi nümayiş etdirilib.
Dekabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Mədəniyyət Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Azərbaycan naminə” sənədli filminin nümayişini təşkil ediblər.
Daşkəsən RİH-nin məsul əməkdaşlarının, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin və sakinlərin iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanıb.
Filmin nümayişindən əvvəl RİHBA-nın məsul işçisi Kənan Qurbanov, rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış ediblər. Vurğulanıb ki, müasir dövlətçilik tariximizin formalaşmasında və inkişafında misilsiz xidmətləri olan xalqımızın böyük oğlu Heydər Əliyev bütöv bir tarixi mərhələnin yaradıcısıdır və bu baxımdan dahi siyasətçi Heydər Əliyevin mənalı həyatı, onun ibrətamiz siyasi fəaliyyəti hər zaman öyrənilməli, təbliğ edilməlidir. Heydər Əliyevin əbədi yaşar ideyaları hər birimiz üçün əvəzsiz nümunədir. Çünki Ulu Öndərin bütün həyatı, taleyi Vətənimizin və xalqımızın tərəqqisinə həsr olunub.
Sonra “Azərbaycan naminə” sənədli filminə baxış keçirilib.