DAŞKƏSƏNDƏ TÜTÜNƏ QARŞI NÖVBƏTİ MAARİFLƏNDİRMƏ KEÇİRİLİB, İCTİMAİ YERLƏRƏ QADAĞANEDİCİ LÖVHƏLƏR ASILIB
Fevralın 17-də Daşkəsən Rayon İcra Hakimiyyəti tütünçəkməyə qarşı mübarizə çərçivəsində Daşkəsən şəhərində və rayonun qəsəbələrində iaşə obyektlərində, mağazalarda, parkda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında növbəti maarifləndirmə aparıblar.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri tütünçəkmə, o cümlədən zərərli vərdişlər və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar, qeyri-rasional qidalanma haqqında sakinlərə məlumatlar verib, zərərli vərdişlərdən qorunma istiqamətində tövsiyələrini çatdırıblar.
Maarifləndirmə çərçivəsində müxtəlif qapalı ictimai yerlərə, habelə park ərazisinə “Burada tütün mulatlarından istifadə qadağandır!”, “Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır!” yazılmış lövhələr asılıb, RİH tərəfindən hazırlanmış bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini