Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ TÜTÜNÇƏKMƏ VƏ NARKOMANİYAYA QARŞI MAARİFLƏNDİRİCİ TƏŞVİQAT AKSİYASI TƏŞKİL EDİLİB

20 iyun 2022 | 11:42

İyunun 20-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Daşkəsən şəhərində açıq havada əhali üçün zərərəli vərdişlərə qarşı maarifləndirici təşviqat aksiyası keçiriblər.

Sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi həm də tütünçəkmə və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsidir. 

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiya iştirakçılarına sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib. Təşkilatçılar tərəfindən vurğulanıb ki, narkotik maddələr  tələdir, bu tələyə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə edilib.  

Aksiyaya qoşulanlar xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı plakat fonunda fotoşəkillər çəkdiriblər. Həmçinin rayon sakinlərinə zərərli vərdişlərə dair buklet və vərəqələr təqdim edilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər