Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ TƏBİİ FƏLAKƏTLƏR ZAMANI ZƏRURİ DAVRANIŞ QAYDALARI BARƏDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

05 iyun 2023 | 17:53

İyunun 5-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qabaqtəpə kəndində işləməyən əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin məsul şəxsləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinlərinə fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar, habelə ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani nümayiş etdirilib.

Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

Keçidlər