Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə təbii fəlakət: güclü külək, dolu və leysan yağışları bir sıra fəsadlar törədib

08 iyun 2024 | 12:55

İyunun 8-də saat 16 radələrində Daşkəsən rayonda baş vermiş güclü külək, dolu və leysan yağışları rayonun Zəylik, Quşçu, Çovdar, Bayan, Aşağı Daşkəsən, Əmirvar, Qabaqtəpə və Kəmərqaya kəndlərində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinə ziyan vurmuşdur. Belə ki, təbii fəlakət nəticəsində Zəylik kəndində Hüseynov Yelmar Mustafa oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü uçmuş, Quşçu kəndində 3 fərdi yaşayış evinin həyətinə sel suları dolmuş, Aşağı Daşkəsən kəndi ərazisində isə ağaclar aşmışdır.

 Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində işlər davam etdirilir və dəymiş ziyanın aradan qaldırılması üçün rayonun daxili imkanları hesabına müvafiq tədbirlər görülür.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 

Keçidlər