Daşkəsəndə taxıl biçininə başlanılmışdır
08 avqust 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayonda aparılan taxıl biçini işləri ilə yerində tanış olmaq üçün əkin sahələrində olmuşdur.
Fermerlərlə görüşən V.Məmmədov onların problemləri ilə maraqlanaraq aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Daşkəsən rayonunda hava şəraitinin əlverişli keçməsindən istifadə edərək taxıl biçini işləri sürətlə aparılır. 2023-cü ilin məhsulu üçün rayon ərazisində 235 ha payızlıq və 381 ha yazlıq taxıl səpilmişdir. Əkin sahələrinin 403 hektarında arpa, 213 hektarında isə buğda əkilmişdir. Əvvəlki illə müqayisədə əkin sahələri xeyli artmışdır.
Bu günə qədər 158 ha sahədə biçin aparılmış, 304 ton məhsul əldə edilmişdir.
Daşkəsən rayon İcra Hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərə kombayn və digər maşın-mexanizmlərin təşkil olunması üçün müvafiq köməklik göstərilir. Hazırda taxıl biçini işləri sürətlə davam etdirilir.