Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanı uğurla başa çatıb.

10 mart 2024 | 09:08

Martın 10-da Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında Daşkəsən rayonunun 26 tam orta məktəbindən 156 məzunun iştirakı nəzərdə tutulub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin binasının mühafizə edilməsi, buraxılış rejiminin təşkili, imtahan sənədlərinin çatdırılmasına görə polis patrul xidməti maşınının ayrılması, səhiyyə və dövlət yanğından mühafizə xidməti, həmçinin binanın fasiləsiz su, işıq və qazla təminatı təlimata uyğun olaraq həyata keçirilib.

Üç saat davam edən imtahan prosessi heç bir qanun pozuntusuna yol verilmədən vaxtında uğurla yekunlaşıb.

Keçidlər