Daşkəsəndə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunmuşdur.
Daşkəsəndə iyunun 5-də “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər.
7 saylı Regional Sukanal idarəsinin Daşkəsən Sukanal sahəsinin kollektivi qarşısında çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov 5 iyun tarixinin ölkə melioratorları üçün olduqca əlamətdar bir gün olduğunu qeyd etmişdir. Başda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri hörmətli Zaur Rauf oğlu Mikayılov olmaqla bütün kollektivi peşə bayramları münasibətilə təbrik etmişdir.
Vurğulamışdır ki, su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən cənab Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.
Vüqar Məmmədov Daşkəsəndə müxtəlif sahələri əhatə edən layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işləri xüsusi olaraq diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu istiqamətdə görülən işlər sırasında əhalinin içməli suya olan tələbatının ödənilməsi mühüm yer tutur. 2015-ci ildə Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə start verilmiş və bu işlər 2021-ci ildə başa çatdırılmışdır. Çox hörmətli cənab Prezident cənab İlham Əliyev 2021-ci il iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olmuşdur.
2023-cü ildə isə Yaponiya Hökumətinin proqramı çərçivəsində "Daşkəsən rayonunun Xoşbulaq kəndində Portativ Su Təchizatı sisteminin tikintisi" layihəsi həyata keçirilib.
Rayonun Yuxarı Daşkəsən qəsəbəsində və Mədənçilər yaşayış sahəsinə yeni içməli su xətlərinin çəkilməsi üzrə “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə “Azərsu” ASC tərəfindən müvafiq layihə işlənib həyata keçirilir.
Mədənçilər yaşayış sahəsində və Yuxarı Daşkəsən qəsəbəsində əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsi qurulmuş və yaşayış evlərinə sayğac quraşdırılmışdır. Hazırda Mədənçilər yaşayış sahəsi tam, Yuxarı Daşkəsən qəsəbəsinin bir hissəsi 24 saat fasiləsiz içməli su ilə təmin olunur.
Eyni zamanda Sukanal sahəsinin yeni inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Rayonun Yuxarı Daşkəsən qəsəbəsində və Mədənçilər yaşayış sahəsinə yeni içməli su xətlərinin çəkilməsi üzrə “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə “Azərsu” ASC tərəfindən müvafiq layihə işlənib həyata keçirilir.
Mədənçilər yaşayış sahəsində və Yuxarı Daşkəsən qəsəbəsində əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsi qurulmuş və yaşayış evlərinə sayğac quraşdırılmışdır. Hazırda Mədənçilər yaşayış sahəsi tam, Yuxarı Daşkəsən qəsəbəsinin bir hissəsi 24 saat fasiləsiz içməli su ilə təmin olunur.
Çıxışının sonunda bir daha V.Məmmədov 5 iyun «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı münasibətilə kollektivi təbrik etmişdir.
7 saylı Regional Sukanal idarəsinin Daşkəsən Sukanal sahəsinin rəisi Xəyal İbrahimov ölkə rəhbəri tərəfindən su təsərrüfatı işçilərinə göstərilən ali diqqət və qayğını yüksək qiymətləndirmiş, gələcək fəaliyyətlərində daim vətəndaş məmnunluğunun təmin edilməsini rəhbər tutacaqlarını, daha da əzmlə çalışacaqlarını bildirmişdir.