DAŞKƏSƏNDƏ SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR BARƏDƏ NÖVBƏTİ İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLİB
İyulun 19-da “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamının 7.1-ci bəndinin icrası məqsədi ilə Daşkəsən rayon Sukanal sahəsinin inzibati binasında keçirilmiş növbəti işgüzar müzakirədə Daşkəsən RİH-nin əməkdaşları, rayon Sukanal sahəsinin, Kommunal Müəssisələri Kombinatının işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsən RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nüsrət Süleymanov və həmin Şöbənin böyük məsləhətçisi Elmin Paşayev çıxış edərək rayonun su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində sakinlərlə görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verildiyini bildirib, Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin təşəbbüsü ilə ötən dövrlərdə rayonunun əksər yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü diqqətə çatdırıblar.
Digər çıxış edənlər isə rayonun bir çox yaşayış məntəqələrində icra olunmuş müxtəlif su layihələrindən, həmçinin Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə ucqar dağ ətəklərindən borularla çəkilərək gətirilən 17 ehsan bulağı və Daşkəsən şəhərinin su təchizatı məsələsinin həll edilərək tam yekunlaşması barədə danışıblar.
İctimai müzakirədə su itkilərinin qarşısının alınması üçün əhali arasında maarifləndirici işin aparılması, tükənən bir nemət olan şirin su mənbələrindən səmərəli istifadə etmək istiqamətində bundan sonra da rayonda təsirli tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Sonra rayonun fəal gəncləri tərəfindən sudan qənaətlə istifadə edilməsi ilə bağlı hazırlanmış bildirişlər yaşayış binalarının giriş qapılarına və insanların daha çox toplaşdığı yerlərə asılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini