Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Sizinlə daha gözəl” adlı inklüziv yay düşərgəsi keçirilib

21 iyun 2024 | 12:51

 18-19 iyun tarixlərində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyəti, Gəncə Gənclər Evi və Fərəh Sosial İctimai Birliyinin tərəfdaşlığı ilə Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan gənclər üçün ikigünlük “Sizinlə daha gözəl” adlı inklüziv yay düşərgəsi təşkil edilib.

Düşərgənin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan gənclərə diqqət və qayğını hiss etdirmək, səmərəli asudə vaxtdan faydalanaraq onların cəmiyyətə inteqrasiyasını, gənclər arasında dostluq və yoldaşlıq əlaqələrinin qurulmasını təmin etməkdən ibarət olub.

60-dan artıq gəncin iştirak etdiyi düşərgə zamanı Daşkəsən rayonunun Bayan kəndində yerləşən Çiçərvəng məbədi, Bazilika və Bayan kilsəsinə ekskursiyalar təşkil olunub. Bununla yanaşı müxtəlif idman oyunları - futbol, baksetbol, voleybol, səhər idmanı, müxtəlif stolüstü oyunlar, tennis, bilyard, şahmat,  maraqlı əyləncələr keçirilib, əl işləri və rəsm ilə bağlı ustad dərsləri verilib, filmlər nümayiş etdirilib. 

Keçidlər