Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə səyyar “Sağlam həyat” layihəsi böyük maraqla qarşılanıb

15 oktyabr 2024 | 17:52

Oktyabrın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi Daşkəsən şəhərində baş tutub.

“Sağlam həyat” avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda qurulub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov tədbirin keçirildiyi yerə gələrək gedişatla maraqlanıb, yaş məhdudiyyəti qoymadan fiziki aktiv sağlam həyat tərzini təbliğ edən layihənin işinə və təşkilatçılara uğurlar arzulayıb.

İdman həvəskarları, xüsusilə uşaqlar və gənclər layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Onlar müxtəlif idman növlərində, əsasən qaçış, voleybol, basketbol, şahmat, boks avadanlıqlarında öz qüvvələrini sınayıblar. Göstərdikləri nəticələrə görə ilkin olaraq 150-ə yaxın idmansevərə sertifikatlar təqdim olunub.

Keçidlər