Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə həssaslıqla yanaşılır.

08 dekabr 2023 | 17:48

Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Daşkəsəndə də Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə hər zaman böyük diqqət və qayğı göstərilir.

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyətinin sahəsində olan yararsız tikililərin sökülməsindən əldə edilən müxtəlif tikinti materialları sosial məsuliyyət siyasəti çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən AzerGold” QSC-nin nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi ilə birgə rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə verilir. Hazırda bu işlər davam etdirilir.

Şəhid Novruz Haxverdiyevin anası Kifayət Haxverdiyevanın yaşadığı fərdi yaşayış evinin təmir olunması üçün tikinti materialları ilə kömək göstərilməsi və həyətin abadlaşdırılması  ilə bağlı müraciəti qısa müddətdə müsbət həll olunmuşdur.

Şəhidin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər