Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ EVLƏR VERİLİB

20 fevral 2023 | 17:24

Fevralın 20-də “Heydər Əliyev İli” çərçivəsində Daşkəsən şəhərində 2 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin olunub. Bununla bağlı keçirilən tədbirdə Daşkəsən RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşı Mətləb Verdiyev evlə təmin olunan şəhid ailələrini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından təbrik ediblər, onlara yeni mənzillərində xoşbəxt günlər arzulayıblar.

RİHBA-nın məsul işçisi Fəxri Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.63-cü bəndinə əsasən, Daşkəsən rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işləri günün tələbləri səviyyəsində davam etdirilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən və Quşçu körpüsü qəsəbələrində, Qabaqtəpə, Dəvrallı və Quşçu kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 18 fərdi yaşayış evinin tikintisi başa çatdırılmış,  Çanaqçı, Qaraqullar və Əmirvar kəndlərində əlavə yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Habelə Samux rayonun Seyidlər qəsəbəsində 8 şəhid ailəsi və 6 Vətən müharibəsi əlili dövlət hesabına yeni fərdi mənzillərlə təmin olunmuşlar. Həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanan imtiyazlı şəxslər barədə 2023-cü il 1 yanvar tarixinə olan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

Müasir formada tikilən, sənədləri və açarları sahiblərinə təqdim olunan evlər qaz, elektrik və su xətləri ilə təchiz edilib. 

 Evlə təmin olunan şəhid Əliyev Natiq Faləddin oğlunun anası Əliyeva Sədaqət Firudin qızı və şəhid Namazov Çingiz Nəsir oğlunun arvadı Namazova Dilbər Lətif qızı Daşkəsəndə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər