Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 11-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

13 fevral 2023 | 11:24

Fevralın 13-də Daşkəsəndə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının on birinci ildönümü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayev, bölmənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  Vətən müharibəsi qaziləri, ziyalılar və ağsaqqallar Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül düzüblər.

İcra başçısı Əhəd Abıyev rayon ictimaiyyətinin adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik hörmətli Arzu Rəhimov başda olmaqla Xidmətin bütün şəxsi heyətini, o cümlədən Daşkəsən rayon bölməsinin rəisi  Səbuhi Abdullayevin simasında Bölmənin əməkdaşlarını təbrik edib, onlara məsul və şərəfli işlərində yeni uğurlar, möhkəm cansağlığı  arzulayıb.

Peşə bayramı günündə Dövlət Xidməti tərəfindən bir qrup şəxsə fəxri fərman və mükafatlar da təqdim edilib.

 

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər