Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Narkomaniya gəncliyin düşmənidir” mövzusunda görüş keçirib

29 oktyabr 2024 | 15:20

Oktyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və rayon üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ərəfəsində Daşkəsəndə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş “Narkomaniya gəncliyin düşmənidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Xidmətin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, məktəblilər və müəllimlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Daşkəsən rayonunda yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq, sağlam, habelə vətənpərvərlik ruhunda yetişmələri üçün mütəmadi olaraq aidiyyəti qurumlarla birgə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunur. Onların asudə vaxtlarının səmərəli keçirilməsi diqqətdə saxlanılır. Gənclərimiz isə bir-birinin ardınca qazandıqları nailiyyətlərlə bizləri daim sevindirirlər. Əminik ki, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş müasir Azərbaycanımızın inkişafında daşkəsənli gənclər də öz layiqli töhfələrini bundan sonra da verəcəklər, etimadı doğuldacaqlar.   

Çıxış edən SHXÇDX-nin bölmə rəisi, mayor Ramil Qarayev, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov Vətən müharibəsi zamanı gənclərin vətənpərvərliyindən, göstərdikləri misilsiz qəhrəmanlıqlardan danışıblar, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıblar. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən, xüsusilə narkomaniya, alkoqolizm və tütünçəkmədən uzaqlaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən söz açıblar.

Vətən müharibəsi qazisi baş leytenant Ceyhun Əliyev isə 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələr verib.

Sonda məktəblilərin sualları cavablandırılıb, ədəbi-bədii kompozisiya təqdim olunub və məlumatlandırıcı materiallar paylanıb.

Keçidlər