Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SAKİNLƏRİN QAZ TƏCHİZATINA DAİR MÜRACİƏTLƏRİ DİNLƏNİLİB

02 sentyabr 2022 | 09:26

Sentyabrın 2-də Daşkəsən şəhərində “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası baş tutub. Aksiyanın keçirilməsinə Daşkəsən Rayon İcra Hakimiyyəti təfrəfindən dəstək verilib.

Daşkəsən şəhər sakini Kəmalə Cəfərova rayonun yataqxana tipli yaşayış binasının qazlaşdırılması barədə müraciətlə çıxış edib. Digər müraciətlərdən 7-si  Daşkəsən rayonunun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Muşavaq, Əhmədli, Dardərə, Zəylik, Çovdar və Dəstəfur kəndlərinin qazlaşdırılması barədə olub.

"Səyyar qəbul otağı”nın sonuncu 4 müraciətinin məğzini isə Lamiyyə Hacızadə, Asəf Abbaszadə və İlqar Qasımovun fərdi yaşayış evlərində istismarda olan, sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacları ilə əvəzlənməsi təşkil edib. Görüşdə səsləndirilən bütün müraciətlər qeydə alınıb.

“Açıq mikrofon” aksiyasında “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qəmbərov müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyini bilirib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər