Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SAHİBKARLARA İXTİSASLI KADRLARIN HAZIRLANARAQ İŞƏ GÖTÜRÜLMƏSİNƏ KÖMƏKLİK GÖSTƏRİLMƏSİNƏ DAİR GÖRÜŞ TƏŞKİL OLUNUB

20 dekabr 2022 | 18:08

Dekabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən KOB dostu ilə birgə rayonun Daşkəsən qəsəbəsində yerləşən Peşə məktəbində görüş keçirib.

Görüş Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.1-ci bəndinin (mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədi ilə ixtisasartırmanın təşkili) icrası məqsədi daşıyıb.

Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva çıxışında bildirib ki, görüşün əsas məqsədi rayonda xüsusilə gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır. Prezident cənab İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edən Aidə Nağıyeva Daşkəsəndə də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Vurğulayıb ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir.  

Daşkəsən KOB dostu Muraz Məmmədov maarifləndirici çıxış etdikdən sonra isə “Peşə təhsili haqqında” Qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu qeyd edərək bildirib ki, bu mütərəqqi addımın nəticəsində özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaranmışdır.  İşəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu diqqətə çatdıran Muraz Məmmədov həmçinin KOBİA-nın göstərdiyi xidmətlər və dəstək mexanizmləri barədə sahibkarlara geniş məlumat verib.

Görüşdə suallar cavablandırılıb, sahibkarların müraciətləri qeydə alınıb.  

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər