Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Sağlam qidalanma həftəsi” ilə əlaqədar tədbir keçirilmişdir.

21 dekabr 2023 | 15:55

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidentinin 1143 nömrəli, 29.04.2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə rayon məktəblərində “Sağlam qidalanma” ilə bağlı tədbir keçirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçiləri Ayaz Allahyarov, Elmin Paşayev və Daşkəsən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti, hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verilmişdir. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulanaraq gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edilmişdir. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verilmişdir.  İnsan orqanizmində suyun əhəmmiyəti və faydaları  həmçinin gün ərzində hansı miqdarda qəbul olunması vurğulandı. Şagirdlərin nə dərəcədə sağlam qidalanması və bu barədə nə qədər məlumatlı olması soruşuldu.

Görüşdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Keçidlər