Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Sağlam qidalanma həftəsi” çərçivəsində tədbir keçirilmişdir.

19 dekabr 2023 | 14:30

19 dekabrda Azərbaycan Respublikasının Prezidentinin 1143 nömrəli, 29.04.2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə rayon məktəblərində “Sağlam qidalanma” ilə bağlı tədbir keçirilmişdir.

 Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçiləri Ayaz Allahyarov, Elmin Paşayev və Daşkəsən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən məktəblilərə  qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Həmçinin “Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir?”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı” və digər mövzularda təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. 

Eyni zamanda görüşdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Keçidlər