Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunur

14 iyun 2024 | 13:27

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə Qurban bayramı münasibətilə şəhid ailələrinə və qazilərə baş çəkir, bayramlarını təbrik edərək onlara qurban payı təqdim edirlər.

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın ehtiramla anıldığı görüşlərdə bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Həmçinin vurğulanıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən respublikamızda olduğu kimi Daşkəsən rayonunda da şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, onların sosial məsələlərinə daim həssaslıqla yanaşılır, problemlərinin həlli istiqamətində mütəmadi olaraq aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçirilir.

Daşkəsənli şəhid ailələri və qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər