Daşkəsəndə Qurban bayramı ilə əlaqədar şəhid və qazi ailələri ilə görüşlər davam edir
Qurban bayramı münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birgə şəhid və qazi ailələrinə evlərində baş çəkiblər, onlara qurbanlıq ət payı təqdim ediblər.
Ziyarətlər zamanı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən dövlət qurumlarının bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlandıqları, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər gördükləri vurğulanıb, eyni zamanda şəhidlərin xatirələri yad olunub.
Şəhid ailələri və qazilər dövlətimiz tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini, bu qayğını həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram günlərində rayon üzrə şəhid və qazi ailələrinin ziyarəti davam etdiriləcək.