DAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI REYD KEÇİRİLİB
Oktyabrın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin məsul işçilərinin və rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.2.6-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Daşkəsən rayonu ərazisində növbəti dəfə ət kəsimi və satışı məntəqələrində, habelə iaşə obyektlərində monitorinqlər keçirilib.
Reydin məqsədi rayonda heyvan kəsiminin tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və əhalinin təhlükəsiz qida ilə təmin edilməsidir.
Monitorinq zamanı bəzi mağazalarda istifadə müddəti bitmiş ərzaq məhsulları aşkar olunaraq məhv edilib və obyekt sahiblərinin barəsində müvafiq tədbirlər görülüb.
Daşkəsən rayonunda əhalinin sağlamlığının qorunması istiqamətində bu cür monitorinqlər davam etdiriləcəkdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini