Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

04 iyul 2022 | 14:43

 

İyulun 4-də  Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı bölməsinin təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Daşkəsəndə növbəti qanvermə aksiyası keçirilib.

Prezident cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın “Talassemiyasız həyat naminə” layihəsinə əsasən keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya həvəslə qoşulublar.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub.

Daşkəsən rayon sakinləri qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyi xeyirxah bir iş kimi qiymətləndirərək belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qan Bankının tibb işçiləri tərəfindən yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar

məsələlər şöbəsinin müdir müavini

Keçidlər