DAŞKƏSƏNDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNUB
1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, o cümlədən prokurorluğun əməkdaşları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İcra başçısı Əhəd Abıyev başda Respublikanın Baş Prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən rayon prokuroru ədliyyə müşaviri Şahin İmanovu və kollektivini prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə təbrik edib, onlara qanunun aliliyinin təmin edilməsi naminə göstərdikləri çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini