Daşkəsəndə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda tədbir keçirilib.
Dekabr 22-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon üzrə Təhsil Sektorunun Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə təşkil etdikləri tədbirdə RİH-nin məsul işçisi Elmar Əliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.3-cü yarımbəndinin (Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi) icrasının təmin edilməsi, eyni zamanda məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırlmasıməqsədi daşıyıb.
RİH-nin əməkdaşı Elmar Əliyev çıxışında plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının, yaranma tempinin azaldılmasının, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumat verib, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair təhsilalanlar və müəllimlər arasında maarifləndirmə işinin təşkili və mütəmadi olaraq bu işin aparılmasının vacibliyindən bəhs edib, müvafiq təlimatlar verib. E. Əliyev plastik tullantıların ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün dövlət tərəfindən məqsədyönlü siyasət aparıldığı qeyd edib.
Tədbirdə həmçinin plastik tullantıların təbiətə və sağlamlığa vurduğu zərər haqqında danışılıb, plastik maddələrin kimyəvi təsirləri, istehsalı, yenidən emalı barədə məlumatlandırıcı bukletlər paylanıb.
Müzakirə şəraitində keçən görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.