Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ORTA MƏKTƏBDƏ NARKOTİK ƏLEYHİNƏ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

03 fevral 2023 | 15:24

Fevralın 3-də Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda təşkil olunan tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi, RPŞ-nin əməkdaşları, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edənlər narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıb, bu sahədə hüquq-mühafizə orqanlarının, o cümlədən ictimaiyyətin apardığı qətiyyətli mübarizə haqqında ətraflı məlumat veriblər. Həmçinin “Ağ ölüm”lə mübarizədə və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasında maarifləndirmə işinin mütəmadi aparılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər