Daşkəsəndə Novruz bayramı günlərində şəhid ailələrinin ziyarətləri davam etdirilir
Novruz bayramı ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühahizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ictimaiyyət nümayəndələri ilə birgə şəhid ailələrinə baş çəkirlər, qayğıları ilə maraqlanır, ərzaq və maddi yardımlar edir və müraciətlərini dinləyirlər.
Şəhid ailələrinin ziyarətləri zamanı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumlarının bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlandıqları, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər gördükləri vurğulanıb, eyni zamanda şəhidlərin xatirələri yad edilib.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini, bu qayğını həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.