Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Novruz bayramı böyük təntənə ilə keçirilib.

18 mart 2024 | 17:01

Mart 18-də Daşkəsən şəhər Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə  ümumrayon şənliyi keçirilib. Bayram şənliyində minlərlə rayon sakini böyük həvəslə, bayram əhval-ruhiyyəsində iştirak edib.

Bayram tədbirinin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təbrik nitqi söyləyib. O çıxışında deyib:

Əziz daşkəsənlilər!

Əziz şəhid ataları, şəhid anaları, qazilər, veteranlar, qəhrəman əsgər və zabitlər,

Əziz bayram tədbiri iştirakçıları!

İlk öncə hər birinizi xalqımızın milli-məvəni dəyərlərindən olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, süfrələrinizə bol-ruzi bərəkət, xalqımıza əmin-amanlıq arzulayıram.

Xalqımızın ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulu babalarımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.

Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejiminə baxmayaraq Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu.

Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, milli varlığını bütün zənginliyi ilə əks etdirən Novruz bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hər il dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir. Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ən müqəddəs bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsini və həmin ərazilərdə Novruz bayramının qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi.

1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.

Ulu Öndərin zamanında dedikləri artıq reallıqdır. Məhz uzaqgörən və dahi siyasətçi cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti və qəhrəman əsgərlərimizin igidliyi nəticəsində  xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi.

Möhtərəm Prezident, Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı.

“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz cənab İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.

Ulu Öndərimiz Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən cənab Prezdent İlham Əliyevin bütün sahələrdə, o cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət, xalq-iqtidar birliyi milli arzu və istəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırdı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu və xalqımızın zədələnmiş milli qüruru bərpa edildi.

Eyni zamanda bu il ona görə xüsusidir ki, xalqımız öz milli bayramını, ən ali bəşəri dəyərləri özündə cəmləşdirən Novruz bayramını uzun illərdən sonra ilk dəfə bütöv, öz əraziləri üzərində tam suverenliyini bərpa etmiş Müstəqil Azərbaycanımızda - Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda qeyd edəcək, Novruz tonqalları qalanacaq.

Bu tarixi torpaqlarımızda 30 ildən sonra yenidən bayram tonqalları yandırılacaq, ilaxır çərşənbəsi xoş əhval-ruhiyyə ilə qeyd ediləcək. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirəcək.

Əminəm ki, Vətənimizin heç bir yerində Novruz tonqalları bir daha sönməyəcək. İlbəil bu tonqalların sayı artacaq və alovu daha yüksəklərə ucalacaq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir.  Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. 

Məhz 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.

Zəfər seçkilərində relyefinin çətinliyinə, qarlı-şaxtalı havanın olmasına, güclü küləyin əsməsinə baxmayaraq, daşkəsənli seçicilər indiyədək görünməmiş mütəşəkkillik nümayiş etdirdilər. Seçicilərimizin 71,5 faizi iştirak edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 91,32 faiz səs verdilər. Daşkəsən rayonu ərazisində seçkilər yüksək səviyyədə, nöqsansız başa çatmışdır.

Daşkəsənlilər hər zaman iqtidarın, dövlətin yanında olduğunu, Heydər Əliyev siyasətinə öz sədaqətlərini fevralın 7-də bir daha da təsdiq etdilər. Bu birliyə, həmrəyliyə, inkişafa, güclü və qüdrətli Azərbaycana səs verdiyinizə görə əziz daşkəsənlilər – hər birinizə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu il Novruz bayramının bütöv Azərbaycanda qeyd edilməsi müstəqillik tariximizin ən şanlı, qürurlu günləri sırasına daxil olur.

Bu möhtəşəm günləri bizlərə yaşadan şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Bu Qələbənin müəlliflərinə bizim bir ömürlük təşəkkür və minnətdarlıq borcumuz var. Çox sag ol deyirik Qalib Xalqın Qalib Lideri, Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevə, qəhrəman əsgərlərə və zabitlərə!...

2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olmuşdur.

Prezident cənab  İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulamışdır ki: “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq”. 

Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirmiş və bu gün ölkə qarşısında duran yeni hədəfləri yeni dövrün vəzifələri kimi dəyərləndirmişdir.

2023-cü il həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, həm də möhtərəm Prezident cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edir.

Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün “Heydər Əliyev İli”nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı. 

 Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Dünya şöhrətli siyasətçi, müdrik lider cənab İlham Əliyevin sayəsində böyük qayıdış planımız sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Bu gün işğaldan azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, smart kəndlər salınır, keçmiş məcburi köçkünlər üçün müasir tipli evlər tikilir. Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi aparılır. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, soyqırıma məruz qalmış Xocalıda da çox böyük sürətlə təmir və bərpa işləri həyata keçirilir.

İndi​ Qarabağın​ hər​ şəhəri​ hər​ kəndi​ ​ öz​ doğma​ ​ sahiblərinin​ yolunu​ gözləyir. Tanrıya​ çox​ şükür​ ki,​ bundan​ sonra​ Prezident​ cənab​ İlham​ Əliyevin​ sayəsində​ işğaldan​ azad​ olunmuş​ torpaqlarımızda​   Novruz​ tonqalları​ yanacaq​ hər​ kəs​ öz​ yurd​ yerində​ şad-xürrəm​ yaşayacaq​ və​ əbədi​ olaraq​ ​ bu​ torpaqlarda​ üçrəngli​ ay​ ulduzlu​ ​ müqəddəs bayrağımız​ dalğalanacaq.

Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş bir xoşbəxtlikdir.

Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa, qəhrəman əsgər və zabitlərə möhkəm cansağlığı, yeni-yeni qələbələr arzulayıram.

Novruz bayramınız mübarək olsun!

Sonra ululuq və ağsaqqallıq rəmzi olan  Dədə Qorqud, Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlar ilə davam edib.

 Sonda Vüqar Məmmədov şəhid valideynlərinin və qazilərin müşayiəti ilə bayram tonqalını alovlandırıb, nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirib.

Keçidlər