Daşkəsəndə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar fevralın 1-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Təhsil Sektorunun, rayon üzrə Gənclər və İdman sektorunun məsul işçiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının üzvləri, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb, gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd edib, zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.