Daşkəsəndə Müstəqillik Günü münasibətilə bayram konserti təşkil olunub
Mayın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məkətbinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçirilib.
Tədbirdə rayonun idarə, müəssiə vəxidmət təşkilatlarının əməkdaşları, sakinlər,məktəblilərvə rayon ictimayətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Konsertdə Müstəqillik Gününün yaranma tarixi haqqında məlumat verilib və rayon Mədəniyyət Mərkəzinin, Uşaq İncəsənət məktəbinin bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim olunan Müstəqillik Gününə həsr edilmiş musiqi kompozisiyaları tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.