Daşkəsəndə məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş bilik yarışı keçirilib
Mayın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon üzrə Gənclər və İdman Sektorunun və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin bilik yarışının əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri dahi rəhbər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, zəngin dövlətçilik məktəbindən söz açıblar. Vurğulanıb ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin mənəvi irsi xalqımızın tükənməz sərvətidir.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair 60 sualın səsləndirildiyi və gərgin mübarizə şəraitində keçən bilik yarışında 6 komandadan ibarət olmaqla 24 gənc iştirak edib.
Birinci, ikinci və üçüncü yerləri tutmuş qalib komandalara Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin fəxri fərmanları təqdim olunub.