Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə məktəblilər ağacəkmə aksiyası keçiriblər

05 aprel 2024 | 14:08

Ağacəkmə aksiyası Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəliyinin təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyəti və  Daşkəsən rayon Təhsil sektorunun dəstəyi ilə keçirilib.

Aksiyada Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi  və onlara dəstək üçün seçilən 20 fəal məktəbli qatılıb.

Daşkəsən şəhəri Heydər Əliyev prospektində yaşayış binalarının qarşısında yerli şəraitə uyğun olaraq 50 ədəd şam ağacı əkilib.

Bildirilib ki, aksiyanı təşkil etməkdə məqsəd şagirdlərin ətraf mühitə olan marağını daha da artırmaq, onları yaşıllıqların qorunmasına cəlb etməkdir. Tədbir iştirakçıları böyük həvəslə ərazini təmizləyib, əkilən ağacların diblərini sulayaraq aqrotexniki qaydada qulluq göstərib. Ətraf mühitin və ekologiyanın qorunması ilə bağlı tədbirlərdə yaxından iştirak etmək Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin il ərzində həyata keçirəcəyi tədbirlər planında şəhər ərazisində olan yaşıllıq zolaqlarına qulluq göstərilməsi nəzərdə tutulmuşdur.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyalar 2024-cü il ərzində davam edəcək.

Keçidlər