Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİNƏ DAİR 2022-2026-CI İLLƏR ÜÇÜN MİLLİ FƏALİYYƏT PLANI”NIN İCRASI ÇƏRÇİVƏSİNDƏ BUKLETLƏR PAYLANIB

02 dekabr 2022 | 11:34

Dekabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları “Korrupsiyaya yox de!” mövzusunda bukletlər hazırlayaq rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, publik hüquqi şəxslərdə, əhalinin sıx toplaşdığı yerlərdə geniş yayılmasını təmin etmişdir.

Təşviqat işi Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli  3199 nömrəli Sərəncamının 6.9-cu bəndinin icrasını təmin etmək məqsədi daşımışıdır.

RİHBA-nın hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov rayonda aparılan maarifləndirmələr zamanı bildirmişdir ki, cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas faktorlardan biri kimi korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemlərdəndir. Korrupsiyanın mövcudluğu ümumbəşəri və milli dəyərləri sarsıtmaqla hüquqi və demokratik dövlət quruculuğuna, cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatların əsas istiqamətlərindən birini də korrupsiyaya qarşı mübarizə təşkil edirdi. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə aparılır, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Daşkəsən rayonunda da korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Milli Fəaliyyət Planının Daşkəsəndə icrası çərçivəsində korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə mövzusunda mütəmadi ictimai müzakirələr keçirilir, videoçarxlar nümayiş olunur.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər