DAŞKƏSƏNDƏ KORRUPSİYAYA QARŞI MAARİFLƏNDİRİCİ BUKLETLƏR PAYLANIB
Fevralın 22-də Prezident cənab İlham Əliyevin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə hazırlanmış Tədbirlər Planının 6.9-cu bəndinin icrası məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun idarə, müəssisə və təşkilatlarında, habelə Daşkəsən şəhərində maarifləndirici bukletlər paylanıb.
Maarifləndirmə işləri zamanı RİHBA-nın məsul işçiləri ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələr, antikorrupsiya davranış modelinin formalaşdırılması, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəldilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi üçün ardıcıl işlərin aparılmasının zəruriliyi qeyd ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti bələdiyyələr, rayonun dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirməni mütəmadi olaraq davam etdirir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini