Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə kənd təsərrüfatı məhsulları istehsalçıları və sahibkarlarla görüş keçirilib

14 dekabr 2023 | 11:59

Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7-ci bəndinin icrası məqsədilə ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlarla maarifləndirici görüş keçirilib.

Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva keçirilən görüşün əhəmiyyətini qeyd edərək deyib ki, əsas məqsəd fermerlərə dünyada ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarına olan tələbatın artması barədə geniş məlumat vermək, yüksək keyfiyyətə və standartlara uyğun ekoloji təmiz və sağlam məhsulun yetişdirilməsi prosedurunu fermerlərə öyrətmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaqdır.

Ərzaq təhlükəsizliyi indiki dövrdə hər bir dövlətin əsas diqqət mərkəzindədir. Kənd təsərrüfatı əhalini lazimi qida resursları ilə təmin etməkdən əlavə hər hansısa bir ölkənin büdcəsinin bir hissəsini təmin edir. Ərzaq təhlükəsizliyi problemi dedikdə iki məna başa düşülür. Bunlardan biri hər bir ölkənin özü-özünü lazimi qida məhsulları ilə təmin etməsi, digəri isə əldə olunan məhsulların ekoloji təhlükəsizliyi yəni insan orqanizminə mənfi təsir göstərə biləcək qatqılarsız məhsullardır. Əslində ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, yanlış fikirdir. Yəni, dünyada mövcud olan heç bir ölkə özünü yerli istehsal hesabına ərzaqla yüzdə-yüz təmin edə bilməz. Ərzaq təhlükəsizliyinin təmin edilməsində hər bir dövlət müəyyən çətinliklərlə üzləşir. Bunlara siyasi, iqtisadi səbəblərdən tutmuş strateji coğrafi mövqeyinə görədə demək olar. Ən əsası coğrafi yerləşdiyi yerdir ki, burada ərzaq təhlükəsizliyinin təminatına yararsız torpaqları, səhralaşmanı, su çatışmazlığını, iqlimi, relyefi və.s. misal göstərmək olar. Əlbəttə bütün bunlara qarşı tədbirlər aparılır. Ərzaq təhlükəsizliyinin əsas məqsədi əhalini zəruri, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə təmin etməkdir. Bəşəriyyət qarşısında ən qlobal problemlərdən biri qida təhlükəsizliyidır.

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov çıxışında vurğulamışdır ki, bütün dünyada istehlakçılar satın aldıqları və istehlak etdiyi qidaların təhlükəsiz və keyfiyyətli olduğunu gözləmək hüququna malikdirlər. Yaxşı, təhlükəsiz qidalar yaxşı bəslənmənin əsasını təşkil edir. İstehlakçı sağlamlığının təmin edilməsi ilə yanaşı, ərzaq təhlükəsizliyi də kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışı təmin etmək üçün vacibdir. Ekoloji təhlükəli ərzaqları minimum endirmək və ya təmamilə qarşısını almaq üçün yerli ərzaq istehsalçıları ilə qida və yem istehsalında birlikdə işləmək lazımdır.

Ekoloji təmiz qidalar indiki dövrdə hər bir insanın sağlamlığı üçün əsas qrantdır. Bu qidaların insan orqanizmi üçün xeyrini hamı bilsədə hər kəs onları gündəlik rasionuna qoşmurlar. Ekoloji cəhətdən təmiz ərzaq bədəninizi qoruyur və sağlamlığı yaxşılaşdırır, həyat keyfiyyətini artırır. Ekoloji standartlara uyğun olan ərzaq məhsulları standart məhsullarda zərərli maddələrin miqdarını əks etdirən məhsullar hesab olunur. Təmiz ərzaqlarda əlavə mineral maddələr, pestisidlər və digər texnoloji təsirlərsiz təmiz ərazilərdə yetişdirilən xammal və təbii xammallardan ibarət olan müasir standartlar və texnologiyalar əsasında hazırlana bilər. Ekoloji standartlara uyğun olan ərzaq məhsulları bir sıra tələblərə cavab verməlidir.

Çıxış edən sahibkarlar onları narahat edən problemlərdən söz açmış, görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Onların müraciətləri və təklifləri qanunamüvafiq cavablandırılıb.

 

Keçidlər