Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “İXTİSAS BƏLƏDÇİSİ” ADLI MAARİFLƏNDİRMƏ SEMİNARI KEÇİRİLİB

04 avqust 2022 | 15:02

Avqustun 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Daşkəsən KOB dostunun, Daşkəsən Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təşkilatçılığı ilə “İxtisas bələdçisi” adlı seminar təşkil olunub.

Seminarda RİH-nin əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbərov, Filialın karyera məsləhətçisi Nərgiz Bayramova, abituriyentlər, 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.

Layihənin əsas məqsədi valideynləri və gəncləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq və abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Giriş nitqi ilə çıxış edən Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Elmar Əliyev iştirakçıları RİH-nin başçısı Əhəd Abıyevin adından salamlayıb və seminarın əhəmiyyətini qeyd edib.

Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbərov ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumat verib.

Filialın karyera məsləhətçisi Nərgiz Bayramova isə gənclərə özünütanıma və özünüinkişafın əhəmiyyəti, görülən işin cəmiyyət üçün yararlı olması, dəyər, maraq, bacarıq və istedadların müəyyən olunması yollarını izah edib. Həmçinin gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verib, "Universiteti nəyə əsasən seçməli?", "Düzgün kodlaşdırma qaydaları", "Prosesin psixoloji aspektləri", "Əsas ixtisaslar və onların gələcək perspektivləri", "VİSA nədir?" mövzularında söhbət aparıb.

İnteraktiv seminarda gənclərin sualları cavablandırılıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər