Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası müntəzəm olaraq təşviq edilir

26 sentyabr 2024 | 15:34

Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi ölkəmizdə də insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədlərindən biri də əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramlarının təşviqi, o cümlədən işçilər arasında sağlam həyat tərzinin təbliğidir.

Həmin məqsədlə Daşkəsən Rayon İcra Hakimiyyəti rayon ürzə Gənclər və İdman Sektoru və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edirlər.

Fiziki aktivlik proqramlarının icrası gün ərzində iki dəfə aerobika, əzələ və sümüklərin möhkəmləndirilməsi üzərində qurulur. Məşğələlər iştirakçıların psixoloji və fizioloji sağlamlığına müsbət təsir göstərir, eyni zamanda gündəlik işin keyfiyyətini yüksəldir.

Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası müntəzəm olaraq davam etdiriləcəkdir.

 

Keçidlər