Daşkəsəndə iş yerləri üçün fiziki aktivlik proqramları mütəmadi olaraq təşviq edilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti rayon ürzə Gənclər və İdman sektoru və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edir.
Həyata keçirilən tədbirlərin məqsədi işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Fiziki aktivlik proqramlarının icrası gün ərzində iki dəfə aerobika, əzələ və sümüklərin möhkəmləndirilməsi üzərində qurulur.
Fiziki aktivlik proqramlarının tətbiqi işçilərin fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Habelə fiziki aktivliyə həsr olunan fasilələr emosiyonal vəziyyəti yaxşılaşdırır, stresi aradan qaldırmağa, daha rasional düşünməyə yardımcı olur. İşçilərdə komandada işləmək vərdişlərini möhkəmləndirir, nəticədə gündəlik işin keyfiyyətini yüksəldir.
Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası davam etdiriləcəkdir.