Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYVANDARLIQ SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNİN PROBLEMLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ DAİR GÖRÜŞ KEÇİRİLİB

21 iyul 2022 | 13:30

İyulun 21-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanından irəli gələn məsələlərin yerlərdə icrasını təmin etmək məqsədi daşıyıb.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsi müdiri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatoru Anar Əliyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Daşkəsən rayon xidmət şöbəsinin mütəxəssisi Elvin Verdiyev, “Paşa Sığorta” ASC-nin Gəncə nümayəndəliyinin rəhbəri Saleh Nəsibli, “Kapital” bankın Daşkəsən filialının nümayəndəsi Cəfər Cəfərzadə, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin nümayəndələri Məhəmməd Zeynalov və Asim Zülfəli, rayonun aidiyyəti xidmət sahələrinin rəhbər və nümayəndələri, bir qrup sahibkar və fermerlər iştirak ediblər.

RİHB-nin müavini Vüqar Məmmədovun və KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyevin mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair ətraflı çıxışlarından sonra Daşkəsən rayonu ərazisində dövlət tərəfindən aqrar sahədə nəzərdə tutulan mövcud kredit və digər əlverişli güzəştlərdən səmərəli istifadə olunmasında yaranmış çətinliklərin aradan qaldırılması, fermer və kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi üçün subsidiyaların vaxtında verilməsi, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, bununla bağlı yerli sahibkar və fermerləri maraqlandıran suallar cavablandırılıb.

Sonda sahibkar və fermerlərə məlumatlandırıcı materiallar paylanıb.

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

Keçidlər