Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ ULU ÖNDƏRİN HƏYAT VƏ FƏALİYYƏTİNDƏN BƏHS EDƏN TARİX DƏRSİ KEÇİRİLİB

24 yanvar 2023 | 14:53

Yanvarın 24-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən rayonun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün dərsdənkənar tarix dərsi keçirilib.

90 dəqiqə davam edən dərs boyu iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə oxunub. Tarix dərsini Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova aparıb.

Sonda “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, ilin sonunadək davam edəcək dərslərdə rayonun bütün ümumtəhsil məktəblərindən 1500-dək şagird iştirak edəcəkdir. Dərslərin keçirilməsində məqsəd “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin şərəfli həyat və fəaliyyətinin, Onun müasir Azərbaycanımızın quruculuğu sayəsində həyata keçirdiyi dərin düşünülmüş ideyaların, habelə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının Azərbaycan xalqına qazandırdığı misilsiz uğurların şagirdlər tərəfindən daha ətraflı və dolğun öyrənilməsini təmin etmək, həmçinin şagirdlərdə vətənpərvərlik və torpağa sevgi hisslərinin möhkəmləndirilməsidən ibarətdir.

 

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər