Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Daşkəsən rayon Təşkilatının birgə təşkilatçılığı ilə 21 noyabr 2023-cü il tarixdə Daşkəsən şəhər ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub. Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vüqar Məmmədov bildirib ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin hər zaman mühüm tərkib hissəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət bu gün onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.