Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLİLƏRARASI DAMA YARIŞI KEÇİRİLİB

27 yanvar 2023 | 17:39
DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLİLƏRARASI DAMA YARIŞI KEÇİRİLİB
“Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq yanvarın 26-da və 27-də Daşkəsən rayonunun məktəbliləri arasında dama idman növü üzrə yarış keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, Rayon Gənclər və İdman İdarəsi, Rayon Mədəniyyət Mərkəzi və rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ərsəyə gələn yarış müstəqil Azərbaycanın memarı dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi, məktəblilərə vətənpərvərlik hissləri aşılamaq, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək və məktəblərarası əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
17 yaşadək ümumilikdə 24 iştirakçının qatıldığı yarış olimpiya sistemi üzrə 5 turdan ibarət olmaqla keçirilib.
Yarışın nəticələrinə əsasən, oğlanlardan Həsənov Yusif Tahir oğlu I yerə, Abbasov Ümid Əli oğlu II yerə, Hüseynov Ümid Bəhruz oğlu III yerə layiq görülüb. Qızlardan isə Cəfərova Aynur Səyavuş qızı I yerə, Məmmədova Zinyət Səməd qızı II yerə, Bayramova Ləman Ramil qızı III yerə layiq görülüb.
 
Qaliblər diplomlarla mükafatlandırılıblar.
Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

 

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər