DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR ARASINDA İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB
Fevralın 3-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayon gəncləri arasında intellektual yarış təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatı, fəaliyyəti və siyasi irsi barədə gənclərə məlumat verib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhtəşəm siyasi kurs hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün sahələr üzrə, o cümlədən gənclər siyasəti sahəsində uğurla davam etdirilir.
"Nə? Harada? Nə zaman?" formatında keçirilən yarışda 5 komanda və 25-dən çox gənc öz bilik və bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda yarışıblar.
Qalib komandaları təbrik edir, növbəti yarışlarda onların hər birinə uğurlar arzulayırıq.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini