Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə güclü küləyin vurduğu ziyanlar aradan qaldırılır

06 fevral 2024 | 17:25

Fevralın 6-dan başlayan güclü külək və qasırğa ilə müşayiət olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonu ərazisində hələ də davam edir.

Fasiləsiz əsən güclü külək bir sıra fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində Daşkəsən şəhərində yerləşən Nizami küçəsi 17 və 20 saylı, İ.Qayıbov küçəsi 31 saylı çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin bir hissəsi yararsız vəziyyətə düşüb.

Hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanların dəqiqləşdirilməsi və daxili imkanlar hesabına operativ surətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər