Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNİN SƏDRİ MİRBAHƏDDİN HÜSEYNOV VƏTƏNDAŞLARI QƏBUL EDİB

09 sentyabr 2022 | 15:56

Sentyabrın 9-da Daşkəsəndə keçirilən vətəndaşların qəbulundan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahədin Hüseynov və Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim Mustafa Mustafayev Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.

Məhkəmə sədri Mirbahəddin Hüseynov Daşkəsən rayon Məhkəsininin inzibati binası, əməkdaşları və  yaradılan iş şəraiti ilə tanış olub, Prezident cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, xüsusən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını ədliyyə işçilərinin diqqətinə çatdırıb, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlarını verib.

Qəbula gələn hər bir vətəndaşı fərdi qaydada dinləyən Mirbahəddin Hüseynov qaldırılan məsələləri araşdırılması və qanunamüvafiq həlli üçün nəzarətə götürüb.

Müraciətlərin bir qismi yerində həll edilib.

Daşkəsən rayon sakinləri müraciətlərini etmələri üçün məhkəmədə yaradılan yüksək şəraitdən razılıq edərək hər zaman göstərilən  diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya və Məhkəmə hüquq şurasının sədri, Ədliyyə naziri hörmətli Fikrət Məmmədova  minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

 Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər

 şöbəsinin müdir müavini

 

 

Keçidlər