Daşkəsəndə gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması mövzusunda görüş keçirilib
Dekabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibatı binasında Rayon İcra Hakimiyyəti, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Gənclər və İdman Sektorunun və Gəncə-Daşkəsən Məşğulluq Filalının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin icrası ilə bağlı gənclərlə görüş keçirilib.
Görüşdə Daşkəsən RİH-nin məsul əməkdaşı Elmin Paşayev, Ayaz Allahyarov Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov və Gəncə-Daşkəsən Məşğulluq Filalının mütəxəsisi Elvin Verdiyev maarifləndirici məruzələrlə çıxış ediblər və bildiriblər ki, keçirilən görüşlərin məqsədi gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılmasıdır.
Sonra gənclərin fikirləri dinlənilib, ilkin ehtiyacları dəyərləndirilib, müvafiq qeydlər götürülüb və onlara lazımi tövsiyələr verilib.