DAŞKƏSƏNDƏ FİZİKİ AKTİVLİYƏ DAİR MAARİFLƏNDİRMƏ İŞLƏRİ DAVAM EDİR
8-9 dekabr tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Mədəniyyət Mərkəzi ilə Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş kişilər və qadınlar arasında dama oyunu üzrə rayon birinciliyi keçirilib.
Yarışdan əvvəl iş yerləri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanıb.
Məlumat üçün qeyd edək ki, sağlamlıq naminə əhali arasında və iş yerləri üçün fiziki aktivlik proqramlarının təşviq edilməsinə dair tədbirlərin rayonda mütəmadi olaraq keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndinin və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Republikasının 2022-2026-cı illərdə sosial-iqtisadi Strategiyası”nın Tədbirlər Planının 3.3.7-ci bəndinin 2-ci və 3-cü yarımbəndlərinin icrasını təmin etməkdir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini