Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ FERMER VƏ SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

28 dekabr 2022 | 16:41

Dekabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Güneykənd kəndində keçirilən görüş kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı müəssisələrinin, həmçinin yun və gön-dəri emalı müəssisələrinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsi məqsədi daşıyıb.

 Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva, Daşkəsən KOB dostu Muraz Məmmədov, ərazi icra nümayəndəsi Elvin İmanov, fermerlər, sahibkarlar və təsərrüfat sahibləri iştirak ediblər.

  Giriş nitqi ilə çıxış edən RİH-in məsul işçisi Aidə Nağıyeva qeyd edib ki, Daşkəsən rayonunda dağ-mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatının əsasən, kartofçuluq, heyvandarlıq, maldarlıq və arıçılıq sahələri inkişaf etmişdir. Bu gün rayonda müasir tələblərə cavab verən müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emal olunmasının təşviq edilməsi qarşıda duran vəzifələrdəndir.

  Aidə Nağıyeva rayonda yun, gön-dəri xammalı məhsullarının emalı sənayesinin inkişaf etdirilməsini günün tələbi olduğunu vurğulayıb. Xüsusilə qeyd edib ki, rayonda yun və gön-dəri qəbulu müəssisələrinin yaradılması və heyvan mənşəli tullantıların idarəedilməsi istiqamətində işlər davam etdirilir. Sahibkarlara bununla bağlı layihələrin nümunələri təqdim olunub, izahat işləri aparılıb.

 Daşkəsən KOB dostu Muraz Məmmədov isə KOBİA-nın bu sahədə  fermer və sahibkarlara göstərdiyi xidmət və dəstək mexanizmləri barədə ətraflı məlumat verib.

 Sonra fermer və sahibkarların fikirləri dinlənilib, onların sualları cavablandırılıb, müraciətlərinin qeydiyyatı aparılıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini    

             

             

Keçidlər