DAŞKƏSƏNDƏ ƏT SATIŞI VƏ TİCARƏT OBYEKTLƏRİNDƏ QİDA TƏHLÜKƏSİZLİYİNƏ DAİR NÖVBƏTİ MONİTORİNQLƏR APARILIB
Fevralın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin və Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə rayonun ət satışı və ticarət obyektlərində monitorinqlər aparılıb.
Mütəmadi olaraq rayonda keçirilən monitorinqlərin məqsədi qida təhlükəsizliyinin diaqnostikasının aparılması, vəziyyətin daha da optimallaşdırılması və modernləşdirilməsidir. Habelə Daşkəsəndə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması daim nəzarətdə saxlanılır. Artıq Yuxarı Daşkəsən qəsəbəsində aidiyyəti qurumlar tərəfindən baxış keçirilərək müasir tələblərə və standartlara cavab verən heyvan kəsimi məntəqəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin nümayəndələrinin və KOBİA-nın Daşkəsən KOB dostunun iştirakı ilə rayon ərazisində kəsim məntəqəsinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsi üçün sahibkarlarla maarifləndirmə işləri aparılmış və layihə nümunələri hazırlanmışdır.
Monitorinqlər zamanı kəsimlə və qida məhsullarının satışı ilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və həyata keçirmək barədə bildirişlər təqdim olunub, tövsiyələr verilib, sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı təbliğat işləri davam etdirilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini